22 oktyabr 2026. Cümə axşamı

Mbappe “Real”da ilkə imza atdı


Mbappe “Real”da ilkə imza atdı

“Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Leypsiq” üzərində qazanılan 4:1 hesablı qələbədə mühüm rol oynayıb.

 90deqiqe.Az-ın “Opta Sports”a istinadən məlumatına görə, fransalı futbolçu matçın 52-ci dəqiqəsində Arda Gülərə məhsuldar ötürmə verib, 83-cü dəqiqədə isə özü fərqlənib.

Mbappe “Real Madrid”də çıxış etdiyi müddətdə ilk dəfə Çempionlar Liqasının bir oyununda həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.

Fransalı hücumçu buna qədər turnirdə belə nəticəyə PSJ-nin heyətində nail olub. O, 2022-ci ilin noyabrında “Yuventus”la qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə verib.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçib. O, Madrid klubunun heyətində Çempionlar Liqasında keçirdiyi 28 oyunda 25 qol vurub və üç məhsuldar ötürmə edib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi