- Çempionlar liqası
- 01:26 22.10.2026
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Bavariya” və “Arsenal” komandaları arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisinin heyətində Alfonso Devis və Harri Keyn, London klubunda isə Ebereçi Eze və Deklan Rays fərqləniblər.
Görüşün ən yaxşı oyunçusu UEFA tərəfindən “Bavariya”nın hücumçusu Harri Keyn seçilib. İngiltərəli forvard 35-ci dəqiqədə Devisə məhsuldar ötürmə verib, 61-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirib.
UEFA-nın texniki müşahidəçiləri Keynin seçimini onun meydanı görmə qabiliyyəti, oyunu düzgün oxuması, ağıllı hərəkətləri və nəticəyə təsir edən məhsuldar fəaliyyəti ilə əsaslandırıblar.
Qeyd edək ki, Harri Keyn Çempionlar Liqasının bombardirləri yarışında daha beş futbolçu ilə birgə liderdir. Onların hər birinin aktivində dörd qol var.