- Çempionlar liqası
- 20:46 22.10.2026
“Mançester Siti”nin futbolçusu Fil Foden UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti Liqa mərhələsinin III turunun oyunlarından sonra keçirilən səsvermənin nəticələrinə əsasən məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçi mükafat uğrunda mübarizədə Niko Pas, Rio Nqumoa və Skott Maktomineyi qabaqlayıb.
Qeyd edək ki, Foden Yunanıstanın AEK komandasına qarşı doğma meydanda keçirilən görüşdə het-trik edib. “Mançester Siti” həmin qarşılaşmada 5:1 hesablı qələbə qazanıb. İngiltərə klubunun heyətində digər qolları Elliot Anderson və Rayan Şerki vurublar.
Üç turdan sonra 6 xal toplayan “Mançester Siti” turnirin ümumi cədvəlində yeddinci pillədə qərarlaşıb.