24 oktyabr 2026. Şənbə

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qərarlaşıb


Azərbaycan UEFA reytinqində 24-cü pillədə qərarlaşıb

Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra bəlli olub.

İsrailin “Hapoel” (Beer-Şeva) klubu Belçikada “Yunion”a 0:4 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İsrailin reytinqdə Azərbaycanı qabaqlamaq şansı qalmayıb.

Hazırda Azərbaycan 24,187 əmsalla 24-cü, İsrail isə 24,125 əmsalla 25-ci yerdə qərarlaşıb. Siyahının 23-cü pilləsində 24,837 əmsala malik Ukrayna yer alıb.

UEFA reytinqinə 106,463 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah” klubudur. Bakı təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Borussiya Dortmund” klubuna 1:2 hesabı ilə uduzub.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi