- Çempionlar liqası
- 13:11 02.11.2026
“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək qarşılaşmanın hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.
Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İndiyədək üç oyun keçirən və bir qələbə, iki məğlubiyyət alan “Sabah” 3 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.