2 noyabr 2026. Bazar ertəsi

“Aston Villa” ilə bizi çətin və xüsusi oyun gözləyir"


 “Aston Villa” ilə bizi çətin və xüsusi oyun gözləyir"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının dördüncü turunda “Aston Villa” ilə keçiriləcək matçdan əvvəl mətbuat konfransında iştirak edib.

90deqiqe.Az-ın məlumatına görə, noyabrın 3-də baş tutacaq qarşılaşma barədə danışan almaniyalı mütəxəssis rəqib komandanın gücünü və baş məşqçisi Unai Emerinin işini yüksək qiymətləndirib.

““Aston Villa” ilə matç möhtəşəm olacaq. Bu, çox yaxşı komandadır. Unai Emeri əla məşqçidir. Onun komandaları həm hücumda, həm də müdafiədə aydın oyun strukturuna malikdir. Bu, Çempionlar Liqasıdır və bizi çətin, eyni zamanda xüsusi oyun gözləyir. Bu turnirdə istənilən rəqib sənə problem yarada bilər”

Son matçlarda komandasının çıxışını dəyərləndirən baş məşqçi nəticələrin fərqli ola biləcəyini, lakin “Barselona”nın “Real” və PSJ ilə eyni səviyyədə oynadığını düşündüyünü söyləyib:

“Nəticələr fərqli ola bilərdi, amma hesab edirəm ki, biz “Real” və ya PSJ ilə eyni səviyyədə oynayırıq. Geriyə baxmağı sevmirəm. “Aston Villa” ilə matç barədə düşünməliyik, daha sonra isə “Atletiko” ilə qarşılaşma gəlir. Çox güclü komandamız var və məqsədlərimiz dəyişməz olaraq qalır: İspaniya çempionatını və Çempionlar Liqasını qazanmaq.

Bu iki məğlubiyyətdən sonra heç nə dəyişməyib. Futbolda diqqətinizi belə məsələlərə yönəltməyiniz normaldır. Məğlubiyyətlər və zəif tərəflər barədə danışmaq daha maraqlıdır”.

Qeyd edək ki, “Barselona” 6 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla ikinci yerdədir.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı