2 noyabr 2026. Bazar ertəsi

Maykl Olise “Atletiko” ilə matç öncəsi komanda ilə məşqlərə qoşulub


Maykl Olise “Atletiko” ilə matç öncəsi komanda ilə məşqlərə qoşulub

“Bavariya”nın cinah hücumçusu Maykl Olise Çempionlar Liqasının Madrid “Atletiko”su ilə oyunu öncəsi komanda ilə məşq edir.

90deqiqe.Az-ın “Bayern & Germany” nəşrinə istinadən məlumatına görə, futbolçu Almaniya çempionatında Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə etdikləri matçda zədələnməsinə baxmayaraq, komandanın məşqində iştirak edib. Bununla belə, Olisenin sağ dizinin sarğılı olduğu bildirilir.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 13 matçda meydana çıxıb. O, bu görüşlərdə 12 qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Atletiko” – “Bavariya” qarşılaşması noyabrın 3-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı