- Çempionlar liqası
- 00:42 03.11.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının “Mançester Yunayted”lə matçı öncəsi komandanın heyətindəki problemlərdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “Corriere dello Sport” nəşri mütəxəssisin sözlərini belə çatdırıb:
“Biz eyni vaxtda Pelleqrini, Dibala və Koneni itirdik. Buna görə də müəyyən məqamlarda alternativ variantlar axtarmalı oluruq. Malenin əvəzi kimi Kastronun imkanlarından yararlana bilərik, amma yarımmüdafiədə oyunçu çatışmazlığımız var. Ümid edirəm ki, bu, müvəqqəti çətinlikdir.
Yeddi oyunu imkanlarımızın son həddində keçirdik. Bununla belə, həmişə yaxşı hazırlıqlı və tez bərpa olunan futbolçularımız olub. Mora? Onun vəziyyəti yaxşıdır. Heyətimizdə olan 17 oyunçunun hamısı oynamağa hazırdır. Ümid edirik ki, beynəlxalq fasilədən sonra hamı sıraya qayıdacaq”.
İtaliya təmsilçisi Lorenzo Pelleqrini, Paulo Dibala və Manu Konedən yararlana bilməyəcək.
Əvvəlki matçda futbolçu çatışmazlığı səbəbindən Qasperini gənclər komandasının oyunçularını da heyətə cəlb etməli olub.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də keçiriləcək.