3 noyabr 2026. Çərşənbə axşamı

“‘İnter’ ‘Komo’dan tamamilə fərqli səviyyədə komandadır”


“‘İnter’ ‘Komo’dan tamamilə fərqli səviyyədə komandadır”

“Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorst Çempionlar Liqasında “Komo” üzərində qazanılan qələbənin qarşıdakı “İnter” matçında uğura zəmanət vermədiyini vurğulayıb.  

90deqiqe.Az xəbər verir ki, mütəxəssis “TuttoMercatoWeb” nəşrinə açıqlamasında bildirib:

“İtaliya komandasını məğlub etməyimiz bu dəfə də mütləq qalib gələcəyimiz demək deyil. Əlbəttə, ‘Komo’ ilə oyunu da təhlil etmişik, amma sabah rəqibimiz fərqli olacaq. ‘Komo’ ilk dəfə Çempionlar Liqasında çıxış edir, ‘İnter’ isə tamamilə başqa səviyyəli komandadır. Bununla belə, hər komandanın zəif cəhətləri var”.

 Qeyd edək ki, komandalar noyabrın 3-də üz-üzə gələcəklər.“İnter” Niderlanda cari mövsümdə çempionatda ilk məğlubiyyətini aldıqdan sonra yollanacaq. Milan təmsilçisi son turda “Milan”a 1:3 hesabı ilə uduzub.

 Kristian Kivunun rəhbərlik etdiyi komanda heyət problemləri ilə də üzləşib. Zədələr səbəbindən Lautaro Martines, Bencamin Pavar, Con Stounz, Körtis Cons və Luis Enrike qarşılaşmada iştirak edə bilməyəcəklər.







Çempionlar liqası