- Çempionlar liqası
- 00:42 03.11.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Mançester Yunayted”lə keçiriləcək oyun öncəsi rəqibə ciddi yanaşacaqlarını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Corriere dello Sport” nəşri italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:
“Çempionatda hazırda çətin dövr keçirirlər, amma bu, diqqətimizi yayındırmamalıdır. ‘Mançester Yunayted’ hələ də güclü komandadır və heyətində ən yüksək səviyyəli futbolçular var. Bizi gərgin atmosferdə çətin oyun gözləyir. Qarşılaşmaya sanki ‘Mançester Yunayted’lə ən yaxşı formasında üz-üzə gələcəkmişik kimi hazırlaşırıq”.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də baş tutacaq. İngiltərə klubunun uğursuz nəticələrinə baxmayaraq, Qasperini komandasının rəqibi kiçik görməyəcəyini vurğulayıb.“Roma” dörd xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə üç xalla 20-ci yerdədir.