3 noyabr 2026. Çərşənbə axşamı

“Gələcəkdə "Napoli" ilə nə olacağını kim bilə bilər?”


“Gələcəkdə "Napoli" ilə nə olacağını kim bilə bilər?”

“Portu” klubunun baş məşqçisi Françesko Farioli UEFA Çempionlar Liqasında “Napoli” ilə qarşılaşma öncəsi keçirilən mətbuat konfransında gələcəyi ilə bağlı sualları cavablandırıb.

 90deqiqe.Az xəbər verir ki, jurnalistlərin “De Laurentis sizin fanatınızdır?” sualına gülümsəyərək cavab verən Farioli “Napoli”nin ona marağının artıq keçmişdə qaldığını zarafatla bildirib:

“‘Napoli’nin mənə marağı çoxdan keçib? Əgər bu marağın müddəti bitibsə, əlavə edəcəyim heç nə yoxdur... Gələcəkdə nə olacağını kim bilə bilər? Baxarıq”.

Daha əvvəl Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentisin italiyalı mütəxəssisi komandaya gətirmək istədiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, 37 yaşlı mütəxəssis karyerasını İtaliyadan kənarda qurub və indiyədək A Seriyasında çalışmayıb. Farioli ötən mövsüm “Portu” ilə Portuqaliya çempionluğunu qazanıb.







Çempionlar liqası