3 noyabr 2026. Çərşənbə axşamı

“Bu yay başqa insana çevrildim”


 “Bu yay başqa insana çevrildim”

“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasında Yunanıstanın AEK klubu ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

90deqiqe.Az xəbər verir ki, Kamavinqa həmin dövrün onun üçün çətin keçdiyini, lakin bundan müsbət nəticələr çıxardığını bildirib.

 “Bu, mənim üçün ağır və çətin dövr idi. Lakin hesab edirəm ki, mənfi hadisələrdən də faydalı nəticələr çıxarmaq mümkündür. Bu yay çox çalışdım və başqa insana çevrildim. İndi daha intizamlıyam. Klubun mənə göstərdiyi etimadı doğrultmağa çalışıram.

Nələri inkişaf etdirməli olduğum barədə çox düşündüm. Baş məşqçi ilə söhbət etdim və o, mənə özümə inam aşıladı”.

Noyabrın 4-də baş tutacaq qarşılaşma ərəfəsində jurnalistlər futbolçunun son aylarda yaşadıqları və yay transfer dönəmində komandadan ayrılacağı ilə bağlı yayılan xəbərləri də gündəmə gətiriblər.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Real Madrid”in heyətində 11 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Çempionlar liqası

 “Bu yay başqa insana çevrildim”
  • Çempionlar liqası
  • 22:46 03.11.2026
“Bu yay başqa insana çevrildim”