- Çempionlar liqası
- 23:54 03.11.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Türkiyənin “Qalatasaray” və Almaniyanın “Ştutqart” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, İstanbulda yerləşən “RAMS Park” stadionunda baş tutan qarşılaşmanı ingiltərəli baş hakim Kris Kavana idarə edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər.
Matçın 12-ci dəqiqəsində “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov hesabı açıb. Cəmi üç dəqiqə sonra isə futbolçu dublunu rəsmiləşdirib.
Bu qələbədən sonra “Qalatasaray” dörd oyunda topladığı altı xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Ştutqart” isə yeddi xalla səkkizinci yerdədir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi 2025/2026 mövsümünün finalında London “Arsenal”ını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.