4 noyabr 2026. Çərşənbə

“Hücumda oyunumuzu yaxşılaşdırmalıyıq”


 “Hücumda oyunumuzu yaxşılaşdırmalıyıq”

“Liverpul”un baş məşqçisi Andoni İraola komandanın hücumdakı çıxışını yaxşılaşdırmasının vacib olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasının “Fənərbağça” ilə oyunu öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.

“Liverpul” İngiltərə çempionatında keçirdiyi doqquz oyunda cəmi 11 qol vurub. Komanda son turda “Arsenal”a 0:1 hesabı ilə uduzub. Həmin qarşılaşmada mersisaydlılar “Enfild”də keçirdikləri 442 oyundan sonra ilk dəfə qapı çərçivəsinə heç bir zərbə endirə bilməyiblər.

İraola məğlubiyyətə baxmayaraq, komandasının oyununda bəyəndiyi məqamların olduğunu vurğulayıb:

“Məğlub olmaq çətindir, amma səmimi desəm, oyunumuzda xoşuma gələn çox şey var idi. Bununla belə, xüsusilə cərimə meydançasındakı fəaliyyətimizi yaxşılaşdırmalıyıq. Bir çox epizodda cərimə meydançasına çoxsaylı oyunçularla daxil olurduq, lakin düzgün qaçışlar etmirdik və qayıdan topları götürməyə çatdırmırdıq. Yaxşı müdafiə olunan “Arsenal”a təzyiq göstərirdik”.

Qeyd edək ki, “Liverpul” noyabrın 4-də Çempionlar Liqasında “Fənərbağça” ilə qarşılaşacaq.







Çempionlar liqası

 “Hücumda oyunumuzu yaxşılaşdırmalıyıq”
  • Çempionlar liqası
  • 23:54 03.11.2026
“Hücumda oyunumuzu yaxşılaşdırmalıyıq”
“Qalatasaray” “Ştutqart”ı məğlub etdi
  • Çempionlar liqası
  • 23:44 03.11.2026
“Qalatasaray” “Ştutqart”ı məğlub etdi
“Sportinq” “Şaxtyor”a qalib gəlib
  • Çempionlar liqası
  • 23:42 03.11.2026
“Sportinq” “Şaxtyor”a qalib gəlib
 “Bu yay başqa insana çevrildim”
  • Çempionlar liqası
  • 22:46 03.11.2026
“Bu yay başqa insana çevrildim”