4 noyabr 2026. Çərşənbə

PSJ “Vilyarreal”ı darmadağın etdi


PSJ “Vilyarreal”ı darmadağın etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda İspaniyanın “Vilyarreal” və Fransanın PSJ komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Keramika” stadionunda baş tutan qarşılaşmanı Berlindən olan baş hakim Feliks Svayer idarə edib. Paris təmsilçisi rəqibini 6:0 hesabı ilə məğlub edib.

PSJ-nin heyətində 9-cu dəqiqədə Joao Neves hesabı açıb. 12-ci dəqiqədə Desire Due fərqi iki topa çatdırıb, 13-cü dəqiqədə isə Senn Mayulu üçüncü qolu vurub. 17-ci dəqiqədə Fabian Ruis fərqlənib, 50-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.

Matçın 79-cu dəqiqəsində paris təmsilçisinin müdafiəçisi David Boli yekun hesabı müəyyənləşdirib. Bu qol 17 yaşlı futbolçunun PSJ-nin əsas komandasında ilk qolu olub.

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov qarşılaşmanı sona qədər meydanda keçirib və qapısını toxunulmaz saxlayıb.

Bu qələbə ilə PSJ Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib və 36 komanda arasında birinci pillədə qərarlaşıb. “Vilyarreal” isə dörd matçda bir qələbə və üç məğlubiyyətlə 29-cu yerdədir.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının son qalibidir. Paris klubu 2025/2026 mövsümünün finalında London “Arsenal”ını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.







Çempionlar liqası

LASK evdə “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 02:21 04.11.2026
LASK evdə “Slovan”ı darmadağın etdi
“İnter” “Feyenoord”u darmadağın etdi
  • Çempionlar liqası
  • 02:19 04.11.2026
“İnter” “Feyenoord”u darmadağın etdi
“Barselona” “Aston Villa”nı məğlub etdi
  • Çempionlar liqası
  • 02:17 04.11.2026
“Barselona” “Aston Villa”nı məğlub etdi
PSJ “Vilyarreal”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 02:11 04.11.2026
PSJ “Vilyarreal”ı darmadağın etdi