- Çempionlar liqası
- 02:40 04.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda Madrid “Atletiko”su ilə Münhen “Bavariya”sı arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın paytaxtında, “Sivitas Metropolitano” stadionunda baş tutan qarşılaşmanı fransalı baş hakim Fransua Leteksye idarə edib. Almaniya təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
54-cü dəqiqədə Lennart Karl hesabı açaraq “Bavariya”nı önə keçirib. 74-cü dəqiqədə Konrad Laymer qonaqların üstünlüyünü iki topa çatdırıb.
Bu nəticədən sonra “Bavariya” dörd turda topladığı səkkiz xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Atletiko” isə dörd xalla 22-ci yerdədir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi 2025/2026 mövsümünün finalında London “Arsenal”ını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.