- Çempionlar liqası
- 02:40 04.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Roma” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Mançesterdəki “Old Trafford” stadionunda baş tutan qarşılaşmanı ispaniyalı baş hakim Xesus Xil Mansano idarə edib. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.
Matçın 11-ci dəqiqəsində Matias Sule “Roma”nı önə keçirib. 18-ci dəqiqədə Doniel Malen penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqların üstünlüyünü iki topa çatdırıb.
58-ci dəqiqədə Bruno Fernandeş penalti zərbəsindən fərqlənərək “Mançester Yunayted”in hesab arasındakı fərqi azaltmasına nail olub. 83-cü dəqiqədə Mateus Kunya hesabı bərabərləşdirib, 86-cı dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.
Kunya 90+1-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Mançester Yunayted” altı xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 17-ci, dörd xalı olan “Roma” isə 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi 2025/2026 mövsümünün finalında London “Arsenal”ını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.