- Çempionlar liqası
- 02:40 04.11.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “İnter” klubu Niderlandın “Feyenoord” komandası üzərində inamlı qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Milan təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qonaqlar oyuna fəal başlayaraq artıq 8-ci dəqiqədə hesabı açıblar. Yann Bissek dəqiq zərbə ilə “İnter”i önə keçirib. 34-cü dəqiqədə Françesko Esposito fərqi iki topa çatdırıb.
Fasilədən sonra da İtaliya təmsilçisi oyuna nəzarəti davam etdirib. 54-cü dəqiqədə Pyotr Zelinski üçüncü qolu vuraraq matçın taleyini böyük ölçüdə həll edib.
“Feyenoord” qarşılaşmanın qalan hissəsində rəqibin üstünlüyünə cavab verə bilməyib.