- Çempionlar liqası
- 02:40 04.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsində Avstriyanın LASK klubu Slovakiyanın Bratislava “Slovan”ı üzərində böyükhesablı qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.
Matçın 19-cu dəqiqəsində Kasper Yorgensen hesabı açıb. 37-ci dəqiqədə danimarkalı futbolçu yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının üstünlüyünü artırıb.
Birinci hissənin 44-cü dəqiqəsində Robert Lyubiçiç üçüncü qolu vurub.
Fasilədən sonra da hücumlarını davam etdirən avstriyalılar 48-ci dəqiqədə Samuel Adeniranın qolu ilə yekun hesabı müəyyənləşdiriblər.
Beləliklə, LASK rəqibini 4:0 hesabı ilə məğlub edib.