- Çempionlar liqası
- 02:40 04.11.2026
“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının “Aston Villa” ilə oyununda fərqlənib.
90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, ispaniyalı futbolçu “Kamp Nou”da keçirilən qarşılaşmanın 7-ci dəqiqəsində hesabı açıb.
Bu qol Yamalın Çempionlar Liqasında 14-cü qolu olub. Beləliklə, o, 19 yaşına çatmamış futbolçular arasında turnirin tarixində ən çox qol vuran oyunçuya çevrilib.
Əvvəlki rekord Fransa millisinin hücumçusu Kilian Mbappeyə məxsus idi. O, 20 yaşına qədər turnirdə 13 qol vurmuşdu. Bu göstəricidə üçüncü yerdə isə 10 qolla Erlinq Haaland qərarlaşıb.
Yamal 14 qola cəmi 37 oyunda imza atıb. Onun aktivində, həmçinin 14 məhsuldar ötürmə var.
Qeyd edək ki, “Barselona” – “Aston Villa” matçının canlı mətn yayımını “LiveResult” portalı təqdim edir.