- Çempionlar liqası
- 23:45 04.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda Afina AEK-i Madrid “Real”ı ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, Afinadakı “OPAP Arena”da keçirilən görüş “Kral klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı italiyalı baş hakim Mauritsio Mariani idarə edib.
12-ci dəqiqədə AEK-in yarımmüdafiəçisi Abubakari Koita hesabı açıb. 32-ci dəqiqədə Cud Bellinqem “Real”ın bərabərlik qolunu vurub.
75-ci dəqiqədə Stavros Pilios Yunanıstan klubunu yenidən önə keçirib. Üç dəqiqə sonra Kilian Mbappe hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə Federiko Valverde “Real”a qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra AEK dörd oyunda üç xal toplayaraq turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Real” isə 12 xalla ikinci yerdədir.
Əsas mərhələnin V turunda AEK noyabrın 24-də “Komo” ilə, “Real” isə həmin gün PSV ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. PSJ 2024/2025 mövsümündə də turnirin qalibi olub.