- Çempionlar liqası
- 23:45 04.11.2026
Noyabrın 4-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Fənərbağça” “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə klubu 25-ci dəqiqədə Tre Nyoni ilə hesabı açıb. Lakin meydan sahibləri cəmi dörd dəqiqə sonra hesabı bərabərləşdiriblər. Meyson Qrinvud 29-cu dəqiqədə fərqlənib.
İkinci hissədə “Liverpul” yenidən önə keçib. 69-cu dəqiqədə Aleksandr İsak qonaqların ikinci qolunu vurub. Ancaq Türkiyə təmsilçisi təslim olmayıb. Arçi Braun 73-cü dəqiqədə hesabı bərabərləşdirib, bundan altı dəqiqə sonra isə Vedat Muriqi “Fənərbağça”ya qələbə qazandıran qolu vurub.
Matçın sonunadək “Liverpul” məğlubiyyətdən qaça bilməyib.