- Çempionlar liqası
- 02:19 05.11.2026
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşıb.Stavanger şəhərində keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 11-ci dəqiqəsində Orfe Mbina “Sabah”ı hesabda önə çıxarıb. Lakin 27-ci dəqiqədə Erik Botheym fərqlənərək tarazlığı bərpa edib. 69-cu dəqiqədə Zlatko Tripiç penalti zərbəsindən yararlanaraq Norveç təmsilçisini hesabda irəli keçirib. Qapıçı Stat Pokatilov onun ilk zərbəsini dəf etsə də, təkrar vuruş zamanı Tripiç istəyinə çatıb.
Oyunun son dəqiqələrində üstünlüyünü artıran “Vikinq” 81-ci dəqiqədə Henrik Falşenerin qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Görüşün 90+4-cü dəqiqəsində isə Erik Botheym dublunu rəsmiləşdirərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, “Sabah” qarşılaşmanı azlıqda başa vurub. Paytaxt klubunun futbolçusu Eyden Makkarti 77-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının Liqa mərhələsində növbəti məğlubiyyətini alıb. “Sabah” daha əvvəl İngiltərənin “Mançester Yunayted” klubuna 0:4, Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2 hesabı ilə uduzub, Çexiyanın “Slaviya” kollektivini isə 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisi növbəti matçını noyabrın 25-də keçirəcək. “Sabah” Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” klubunu qəbul edəcək.