5 noyabr 2026. Cümə axşamı

“Mançester Siti” səfərdə “Leypsiq”i məğlub etdi


“Mançester Siti” səfərdə “Leypsiq”i məğlub etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin IV turunda Almaniyanın “Leypsiq” və İngiltərənin “Mançester Siti” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Leypsiq” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı italiyalı baş hakim Marko Quida idarə edib.

Matçda hesab 37-ci dəqiqədə açılıb. “Leypsiq”in müdafiəçisi Kastello Lukeba topu öz qapısına göndərərək “Mançester Siti”ni hesabda önə keçirib.

İkinci hissənin 49-cu dəqiqəsində Ridle Baku tarazlığı bərpa edib. 58-ci dəqiqədə Enso Fernandes qonaqları yenidən hesabda önə çıxarıb. Lakin cəmi üç dəqiqə sonra Antonio Nusa hesabı 2:2 edib.

Görüşün 78-ci dəqiqəsində Erlinq Holandın vurduğu qol “Mançester Siti”yə qələbə qazandırıb.

Bu nəticədən sonra 9 xala malik “Mançester Siti” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Üç xalı olan “Leypsiq” isə 29-cu yerdədir.

Qeyd edək ki, Liqa mərhələsinin V turunda “RB Leyptsiq” noyabrın 24-də “Lans”la, “Mançester Siti” isə “Napoli” ilə qarşılaşacaq.

Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edərək kuboku qazanıb. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilərdə PSJ 4:3 hesabı ilə üstün olub.







Çempionlar liqası

Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi
“Komo” səfərdə “Lans”a 9 qol vurdu
  • Çempionlar liqası
  • 02:04 05.11.2026
“Komo” səfərdə “Lans”a 9 qol vurdu
“Sabah”ın Norveç səfəri uğursuz alınıb
  • Çempionlar liqası
  • 01:59 05.11.2026
“Sabah”ın Norveç səfəri uğursuz alınıb
“Fənərbağça” “Liverpul”u məğlub edib
  • Çempionlar liqası
  • 23:45 04.11.2026
“Fənərbağça” “Liverpul”u məğlub edib