- Çempionlar liqası
- 02:19 05.11.2026
UEFA Çempionlar Liqasında “Portu” və “Napoli” komandaları arasında keçirilən qarşılaşma Portuqaliya təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Portu” doğma meydanda rəqibini 4:1 hesabı ilə məğlub edib.
Meydan sahibləri matça fəal başlayıblar. Görüşün 11-ci dəqiqəsində Yan Bednarek hesabı açaraq komandasını önə keçirib. “Napoli” ilk hissənin sonlarına doğru fəallığını artırıb və 43-cü dəqiqədə Skott Maktomineyin qolu ilə tarazlığı bərpa edib.
İkinci hissədə təşəbbüsü ələ alan “Portu” 71-ci dəqiqədə yenidən hesabda önə çıxıb. Qabriel Veyqa komandasının ikinci qolunu vurub.
80-ci dəqiqədə Yakub Kivyor fərqi iki topa çatdırıb. Matçın sonlarında isə Samuel Aqehova penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib – 4:1.
Beləliklə, “Portu” Çempionlar Liqasında “Napoli” üzərində inamlı qələbə qazanıb.