- Çempionlar liqası
- 02:19 05.11.2026
UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə İspaniyanın “Betis” komandası arasında keçirilən qarşılaşma Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, görüşün ilk hissəsində komandalar qol vurmaq üçün bir neçə imkan əldə etsələr də, fasiləyə qədər hesab açılmayıb.
İkinci hissənin 49-cu dəqiqəsində Fabio Silva Dortmund təmsilçisini önə keçirib. 67-ci dəqiqədə Aytor Ruybal “Betis”in cavab qolunu vuraraq hesabı bərabərləşdirib.
Lakin ispanlar heç-heçə hesabını uzun müddət qoruya bilməyiblər. Cəmi beş dəqiqə sonra, 72-ci dəqiqədə Konstantinos Karetsas fərqlənərək “Borussiya”ya qələbə qazandırıb.
Beləliklə, Dortmund klubu Çempionlar Liqasında vacib üç xalı aktivinə yazdırıb.