6 noyabr 2026. Cümə

Maykl Kerrik “Roma” üzərində qələbəni şərh etdi


Maykl Kerrik “Roma” üzərində qələbəni şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Roma” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bu qələbənin komandaya böyük sevinc yaşatdığını, lakin nəticəni həddindən artıq şişirtməyin doğru olmadığını bildirib.Kerrikin sözlərinə görə, “Mançester Yunayted” hələ cari mövsümdə ciddi uğur qazanmayıb və futbolçuları tərifləmək üçün tezdir.

“Çərşənbə axşamı axşamı möhtəşəm keçdi. Amma indi əsas məsələ bu uğurun davamını gətirə bilib-bilməyəcəyimizdir. Hamımız üçün yaxşı axşam oldu. Bununla belə, hələ heç nəyə nail olmamışıq. Bu, sadəcə, gələcəkdə irəliləmək üçün istifadə etməli olduğumuz bir məqamdır”, – deyə Kerrikin sözlərini Fabritsio Romano yayıb.

Qeyd edək ki, “Mançester Yunayted” “Roma” ilə görüşdə 0:2 hesabı ilə geridə olsa da, matçın sonlarında əzmkar qələbə qazanıb – 3:2.

Komanda İngiltərə Premyer Liqasında yeddi xalla 17-ci pillədə qərarlaşıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi
“Komo” səfərdə “Lans”a 9 qol vurdu
  • Çempionlar liqası
  • 02:04 05.11.2026
“Komo” səfərdə “Lans”a 9 qol vurdu