- Çempionlar liqası
- 23:36 06.11.2026
“Bavariya”nın fəxri prezidenti Uli Höness Çempionlar Liqasının əsas mərhələsində Madrid “Atletiko”su ilə oyundan əvvəl ciddi həyəcan keçirdiyini etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, Höness “Atletiko”nun sərt oyun üslubuna görə matçdan əvvəl narahat olduğunu, lakin komandasının çıxışından böyük məmnunluq duyduğunu bildirib.
“Oyundan əvvəl çox həyəcanlı idim. “Atletiko”ya qarşı oynamaq həmişə çətindir. Onların nə qədər sərt mübarizə apara bildiyini yaxşı bilirəm. Buna görə də televizor qarşısında oturarkən çox narahat idim.
Madrid səfərində komandamızın oyunundan tamamilə heyran qaldım. Xüsusilə ikinci hissədə rəqibi öz stadionunda tam üstələdik. Uzun illərdir səfərdə belə möhtəşəm oyun görməmişdim”, – deyə Hönessin sözlərini “Bavarian Football Works” yayıb.
Qeyd edək ki, görüş Münhen təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.“Atletiko” ilə qarşılaşma öncəsi “Bavariya” heyətində itkilərlə üzləşib. Zədə səbəbindən İsmael Saybari və Serj Qnabri matçda iştirak etməyiblər. Manuel Noyer isə vaxtaşırı ayağındakı problemlərdən əziyyət çəkib.