- Çempionlar liqası
- 17:39 23.11.2026
İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal Bakıda “Sabah”la keçiriləcək UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yüngül narahatlıq səbəbindən Bakıdakı qarşılaşmanı buraxacaq. Onun bazar günü “Deportivo” ilə görüşdə meydana çıxa biləcəyi gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.