23 noyabr 2026. Bazar ertəsi

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi futbolçular açıqlanıb


“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi futbolçular açıqlanıb

İspaniyanın “Barselona” komandasının UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Sabah”la keçiriləcək oyun üçün Bakıya gətirəcəyi futbolçuların adları açıqlanıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Azərbaycana 22 futbolçu ilə gələcək.

Siyahıda Joan Qarsiya, Voysex Şesni, Dominik Livakoviç, Joau Kanselu, Alexandro Balde, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos, Brayan Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Qabriel Jezus, Rafinya, Kərim Adeyemi, Entoni Qordon və Cessi Bisivu yer alıblar.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir