23 noyabr 2026. Bazar ertəsi

“Aston Villa” “Qalatasaray”la matç öncəsi dörd itki ilə üzləşib


“Aston Villa” “Qalatasaray”la matç öncəsi dörd itki ilə üzləşib

“Qalatasaray”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Aston Villa” İstanbulda keçiriləcək qarşılaşma öncəsi heyətindəki itkiləri açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubunda üç futbolçu zədə səbəbindən, biri isə UEFA-ya təqdim olunan iştirak ərizəsində yer almadığı üçün matçı buraxacaq.

“Aston Villa” sağ cinah müdafiəçisi Metti Keşin “Qalatasaray”la Çempionlar Liqasının 5-ci tur matçında meydana çıxa bilməyəcəyini açıqlayıb. Polşa millisinin Rumıniya ilə oyununda beyin silkələnməsi keçirən 29 yaşlı futbolçu tətbiq olunan tibbi protokola görə “Sanderlend”lə görüşü də buraxmışdı.

İngiltərə klubunda sol cinah müdafiəçisi Matteo Rucgeri və yarımmüdafiəçi Amadu Onananın zədələri davam edir. Klub Onananın mart və ya aprel ayında yaşıl meydanlara qayıdacağını gözləyir. Gənc hücumçu Brayan Madjo isə UEFA-ya təqdim olunan iştirak ərizəsində yer almadığı üçün İstanbulda keçiriləcək matçda oynaya bilməyəcək.

“Qalatasaray” və “Aston Villa” noyabrın 24-də, çərşənbə axşamı, Bakı vaxtı ilə saat 21:45-də “RAMS Park”da üz-üzə gələcəklər. Komandalar arasındakı ilk rəsmi oyunu almaniyalı hakim Daniel Zibert idarə edəcək.

“Lill” və “Ştutqart” üzərində ardıcıl qələbələr qazanan “Qalatasaray” ilk dörd turda topladığı 6 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.







Çempionlar liqası