24 noyabr 2026. Çərşənbə axşamı

“Qalatasaray”ın baş məşqçisi Osimhenlə bağlı qərarını açıqladı


“Qalatasaray”ın baş məşqçisi Osimhenlə bağlı qərarını açıqladı

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk hücumçu Viktor Osimhenin UEFA Çempionlar Liqasının əsas mərhələsində “Aston Villa”ya qarşı keçirəcəkləri oyunda iştirak etməyəcəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Okan Buruk futbolçunun qarşılaşmada iştirak etməyəcəyini təsdiqləyib.

“Viktor Osimhen ‘Aston Villa’ ilə matçda komandaya kömək edə bilməyəcək”, – deyə baş məşqçinin sözlərini Türkiyənin “Asist Analiz” nəşri yayıb.

Qeyd edək ki, nigeriyalı forvard noyabrın əvvəlindən dizindən aldığı zədə səbəbindən meydana çıxmır. O, Çempionlar Liqasında “Ştutqart”la görüşdə zədələnib. İstanbul təmsilçisinin Osimheni İngiltərə klubu ilə matça qədər hazır vəziyyətə gətirmək üçün çalışdığı bildirilsə də, bu, mümkün olmayıb.

Əlavə edək ki, “Aston Villa” ilə oyunu “Barselona” və “Bayern” klublarının skautlarının da izləyəcəyi gözlənilir. Onların “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovu dəyərləndirmək üçün qarşılaşmada iştirak edəcəkləri bildirilir.







Çempionlar liqası