24 noyabr 2026. Çərşənbə axşamı

Arteta Çempionlar Liqasının yeni formatından razıdır


Arteta Çempionlar Liqasının yeni formatından razıdır

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yeni formatını müsbət qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis yeni formatın rəqabəti daha da artırdığını və hər oyunun əhəmiyyətini yüksəltdiyini bildirib.

“Düzünü desəm, yeni format xoşuma gəlir. İndi daha çox işləmək tələb olunur, çünki daha çox rəqibi təhlil etməliyik. Bununla yanaşı, daim öz gücünü ən yaxşı komandalarla müqayisə etmək imkanı qazanırsan.

Bu, təkcə bizə aid deyil. Digər oyunların təqviminə baxanda da diqqətçəkən qarşılaşmalar görmək mümkündür. Həqiqətən izləməyə dəyər oyunlar çoxdur. Düşünürəm ki, yeni format turnirə gözlənilməzlik qatıb və hər matçın əhəmiyyətini artırıb”, – deyə Arteta mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2024/2025 mövsümündən tətbiq olunan yeniliyə əsasən, komandalar əvvəlki qrup mərhələsindəki altı oyun əvəzinə, ümumi mərhələdə səkkiz qarşılaşma keçirirlər.“Arsenal” çərşənbə axşamı Çempionlar Liqasının növbəti turunda Dortmund “Borussiya”sını doğma meydanda qəbul edəcək.







Çempionlar liqası