24 noyabr 2026. Çərşənbə axşamı

Alleqri: “Mançester Siti” ilə oyun daha çətin olacaq"


Alleqri: “Mançester Siti” ilə oyun daha çətin olacaq"

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasının növbəti turunda “Mançester Siti” ilə keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki,  Alleqri əvvəlki turda “Portu” ilə matçın ilk 70 dəqiqəsində komandasının yaxşı oynadığını, lakin sonradan rəqibə asan qollar vurmağa imkan verdiklərini bildirib.

“Portu” ilə oyunun 70 dəqiqəsində yaxşı çıxış etdik. Daha sonra rəqibə çox asanlıqla bir neçə qol vurmağa imkan verdik. Sabahkı qarşılaşma daha çətin olacaq, çünki rəqibin səviyyəsi xeyli yüksəkdir. Bu oyundan sonra diqqətimizi “Brügge” ilə görüşə yönəldəcəyik. Həmin matç bizim üçün həlledici olacaq”

Mütəxəssis “Mançester Siti”nin Avropanın ən güclü komandalarından biri olduğunu vurğulayıb:

“Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. “Mançester Siti” Çempionlar Liqasının favoritləri sırasındadır. Topa sahib olduğumuz zaman yüksək texniki səviyyə nümayiş etdirməli, topsuz oynayarkən isə əks-hücumlarda mümkün qədər səmərəli olmalıyıq”.

Qeyd edək ki, İtaliya təmsilçisi oktyabrın 24-də səfərdə İngiltərə klubu ilə qarşılaşacaq.Turnir cədvəlində “Napoli” üç xalla 27-ci, “Mançester Siti” isə doqquz xalla yeddinci pillədə qərarlaşıb.







Çempionlar liqası