- Çempionlar liqası
- 19:56 24.11.2026
“Sabah” “Barselona” ilə oyunda əlindən gələnin ən yaxşısını edəcək. Özümüzə inanırıq və ümid edirəm ki, yaxşı oyun olacaq."
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Özbəkistanlı futbolçu azarkeşlərin dəstəyinə ümid etdiyini və komandanın uğurlu nəticə üçün mübarizə aparacağını bildirib:
“Ümid edirəm ki, azarkeşlər bizi sonadək dəstəkləyəcəklər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Meydana uğurlu nəticə qazanmaq üçün çıxacağıq.
Özbəkistandan gələn jurnalistləri burada görmək mənim üçün sevindirici haldır. Sabah çox maraqlı görüş olacaq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.