- Çempionlar liqası
- 19:56 24.11.2026
“Sabah” müdafiədən hücuma çıxan, arxadan oyun qurmağa çalışan və kifayət qədər yaxşı futbol sərgiləyən komandadır. Bizi maraqlı qarşılaşma gözləyir.
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Sabah”la keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Niderlandlı yarımmüdafiəçi qarşılaşmaya hazır olduğunu, Lamin Yamalın yoxluğunun isə komanda üçün ciddi itki olduğunu bildirib.
“Özümü çox yaxşı hiss edirəm. Lamin Yamalın olmaması bizim üçün böyük itki olacaq. Məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır. Lakin turniri qazana bilməsək, bunu bizim üçün pis nəticə adlandırmaq olmaz. Əsas favorit PSJ-dir.
‘Sabah’ adətən müdafiədən hücuma çıxmağa çalışan, hücumları arxadan quran və yaxşı futbol sərgiləyən komandadır. Biz isə ənənəvi olaraq qələbə qazanmaq üçün yaxşı oyun nümayiş etdirməliyik”, – deyə de Yonq vurğulayıb.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.