- Çempionlar liqası
- 23:44 24.11.2026
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Roma” ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mərakeşli futbolçu rəqibin hazırda yaxşı formada olduğunu, lakin PSJ-nin qarşılaşmaya ciddi hazırlaşdığını bildirib.
“Roma” hazırda, xüsusilə də A Seriyasında yaxşı çıxış edir. Rəqibimizin güclü və zəif tərəflərini bilirik. Matçlara necə hazırlaşdığımızı da bilirsiniz. Bütün turnirlərdə eyni yanaşma ilə çıxış edirik”, – deyə Hakimi oyunöncəsi mətbuat konfransında bildirib.
Qeyd edək ki, PSJ – “Roma” qarşılaşması noyabrın 25-də keçiriləcək. Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüş Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində baş tutacaq.