- Çempionlar liqası
- 23:59 24.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin V turunda “Qalatasaray” doğma meydanda İngiltərənin “Aston Villa” klubunu məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbulda yerləşən “RAMS Park” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi almaniyalı Daniel Zibert olub.
Matçda yeganə qolu 77-ci dəqiqədə “Qalatasaray”ın hücumçusu Deniz Gül vurub.
Qeyd edək ki, “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov 74-cü dəqiqədə əvəzlənib.
Əsas mərhələnin VI turunda “Qalatasaray” dekabrın 8-də AEK-lə, “Aston Villa” isə PSJ ilə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.