25 noyabr 2026. Çərşənbə

Paulo Dibala karyerasını İtaliyada başa vurmaq istəyir


Paulo Dibala karyerasını İtaliyada başa vurmaq istəyir

“Roma”nın hücumçusu Paulo Dibala futbolçu karyerasını İtaliyada başa vurmaq istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçu bu barədə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində PSJ ilə səfər oyunu ərəfəsində danışıb.

 “Karyeramın məhz belə keçəcəyini və İtaliyada 15 il qalacağımı heç vaxt təsəvvür etməzdim. Ölkənin cənubunda, şimalında yaşamışam, indi isə mərkəzi hissəsində yaşayıram. Həyatımın demək olar ki, yarısını burada keçirmişəm və çox xoşbəxtəm.

İtaliya məni qucaq açaraq qəbul etdi. Qızım burada dünyaya gəlib, buna görə də o, italiyalıdır. Bəli, karyeramın sonuna qədər İtaliyada qalacağıma ümid edirəm”, - deyə hücumçu “Football Italia” nəşrinə bildirib.

Qeyd edək ki, Dibala iyul ayında “Roma” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Dibala 2022-ci ildə “Roma”ya keçməzdən əvvəl “Palermo” və “Yuventus” klublarında çıxış edib.







Çempionlar liqası