- Çempionlar liqası
- 00:26 25.11.2026
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş karyerasını başa vurmamış Çempionlar Liqasının qalibi olacağına ümid etdiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın yaşadığı çətinliklərə baxmayaraq, Avropanın ən nüfuzlu klub turnirini qazanmaq arzusunun dəyişmədiyini vurğulayıb.
“Karyeram ərzində qazandıqlarımla fəxr edirəm. Çempionlar Liqasının pley-off mərhələsində cəmi bir dəfə oynasam da, məqsədim dəyişməyib: Çempionlar Liqasını və Premyer Liqanı qazanmaq.
Bu turnirin qalibi olmaq üçün hələ vaxtım var. Futbolda qarşıda məni uzun illər gözləyir və pley-off mərhələsində oynamaq imkanım mütləq olacaq. Niyə bu mövsüm uğur qazanmayım?” – deyə Fernandeş mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” çərşənbə günü səfərdə Fernandeşin sabiq klubu, “Sportinq” ilə qarşılaşacaq.