25 noyabr 2026. Çərşənbə

“PSJ-yə qarşı yüksək səviyyəli oyun göstərmək istəyirik”


“PSJ-yə qarşı yüksək səviyyəli oyun göstərmək istəyirik”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda PSJ ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis sabah baş tutacaq qarşılaşmanın komandası üçün münasib vaxta təsadüf etdiyini bildirib:

“Şübhəsiz ki, hazırda ən güclü komandaya qarşı oynamaq üçün çox əlverişli zamandır. Bu məqamda ən çox düşündüyümüz məsələ yüksək səviyyəli oyun nümayiş etdirməkdir.

Aydındır ki, bu komanda ilə matçda gücümüzü sınamalıyıq. Onların texnikasına və sürətinə nə dərəcədə müqavimət göstərə biləcəyimizi görməliyik. Məqsədimiz rəqibin imkanlarını müəyyən qədər məhdudlaşdırmaq və öz oyunumuzu nümayiş etdirmək üçün şərait yaratmaqdır”, - deyə Qasperini bildirib.

Qeyd edək ki, “Roma” 4 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. PSJ isə 12 xalla liderdir.







Çempionlar liqası

“Böhrandan çıxa biləcəyik”
  • Çempionlar liqası
  • 00:26 25.11.2026
“Böhrandan çıxa biləcəyik”