25 noyabr 2026. Çərşənbə

“Böhrandan çıxa biləcəyik”


“Böhrandan çıxa biləcəyik”

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino komandanın hazırkı böhrandan çıxacağına inandığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Utdreport” təcrübəli çalışdırıcının sözlərini belə çatdırıb.

 “Biz kövrək komanda deyilik. Güclü kollektivimiz var və ötən mövsüm Premyer Liqanı üçüncü pillədə başa vurmuşuq. Bəzən futbolda müxtəlif səbəblərdən hadisələr müəyyən istiqamətdə inkişaf edir. Həmin səbəbləri müəyyənləşdirməliyik və bunun üzərində işləyirik. Düşünürəm ki, vəziyyəti dəyişə biləcəyik

Qeyd edək ki, argentinalı mütəxəssis bu yaxınlarda istefaya göndərilən Maykl Kerriki əvəzləyib. Onun rəhbərliyi altında ilk oyununa çıxan “qırmızı şeytanlar” “Liverpul”a 0:4 hesabı ilə uduzub.

Əlavə edək ki, “Mançester Yunayted” 11 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu yerdədir. Komanda çərşənbə günü Çempionlar Liqası çərçivəsində Lissabonda “Sportinq”in qonağı olacaq.







Çempionlar liqası

“Böhrandan çıxa biləcəyik”
  • Çempionlar liqası
  • 00:26 25.11.2026
“Böhrandan çıxa biləcəyik”