25 noyabr 2026. Çərşənbə

“Arsenal” doğma meydanda “Borussiya” ilə heç-heçə edib


“Arsenal” doğma meydanda “Borussiya” ilə heç-heçə edib

UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin V turunda “Arsenal” doğma meydanda Dortmund “Borussiya”sı ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, “Emireyts” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşü italiyalı baş hakim Mauritsio Mariani idarə edib.

Matçda hesabı 10-cu dəqiqədə “Arsenal”ın hücumçusu Viktor Qyökeres açıb. 55-ci dəqiqədə isə “Borussiya”nın yarımmüdafiəçisi Maksimilian Bayer tarazlığı bərpa edib.

Əsas mərhələnin VI turunda “Arsenal” dekabrın 9-da səfərdə Madrid “Real”ı ilə, “Borussiya” isə eyni gün “İnter”lə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”la 1:1 hesablı heç-heçə edib, penaltilər seriyasında isə 4:3 hesabı ilə qalib gəlib. PSJ 2024/2025-ci illər mövsümündə də turnirin qalibi olub.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib
“Real” PSV-ni darmadağın edib
  • Çempionlar liqası
  • 02:01 25.11.2026
“Real” PSV-ni darmadağın edib
“Böhrandan çıxa biləcəyik”
  • Çempionlar liqası
  • 00:26 25.11.2026
“Böhrandan çıxa biləcəyik”