25 noyabr 2026. Çərşənbə

“Mançester Siti” son dəqiqələrdə məğlubiyyətdən xilas olub


“Mançester Siti” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərənin “Mançester Siti” klubu doğma meydanda İtaliya təmsilçisi “Napoli” ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Görüşün baş hakimi rumıniyalı İştvan Kovaç olub.

Matçda hesabı 59-cu dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hoylund Billi Gilmorun ötürməsindən sonra açıb. 67-ci dəqiqədə Jeremi Doku ilə ötürmə mübadiləsindən sonra Ayub Buaddi hesabı bərabərləşdirib.

79-cu dəqiqədə Leonardo Spinatszolanın ötürməsini qolla tamamlayan Noa Lanq Neapol təmsilçisini yenidən önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətdən xilas olublar. 86-cı dəqiqədə İliman Ndiayenin ötürməsindən sonra Rayan Şerki yekun hesabı müəyyənləşdirib – 2:2.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib
“Real” PSV-ni darmadağın edib
  • Çempionlar liqası
  • 02:01 25.11.2026
“Real” PSV-ni darmadağın edib
“Böhrandan çıxa biləcəyik”
  • Çempionlar liqası
  • 00:26 25.11.2026
“Böhrandan çıxa biləcəyik”