25 noyabr 2026. Çərşənbə

“Komo” AEK üzərində minimal hesablı qələbə qazanıb


“Komo” AEK üzərində minimal hesablı qələbə qazanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyanın “Komo” klubu doğma meydanda Yunanıstan təmsilçisi AEK-i məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Cüzeppe Siniqalya” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Komo” ilk hissədə hesabı açmaq imkanı əldə edib. Matçın 29-cu dəqiqəsində AEK-in qapısına penalti təyin olunsa da, Lukas da Kunyanın zərbəsi uğursuz alınıb. Yunanıstan təmsilçisi fasiləyədək qapısını toxunulmaz saxlamağı bacarıb.

Görüşdə yeganə qol 57-ci dəqiqədə vurulub. Martin Baturinanın ötürməsindən sonra Luis Milya fərqlənərək “Komo”ya qələbə qazandırıb.

Qalan dəqiqələrdə İtaliya klubu üstünlüyünü qoruyaraq vacib üç xalı aktivinə yazdırıb.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib
“Real” PSV-ni darmadağın edib
  • Çempionlar liqası
  • 02:01 25.11.2026
“Real” PSV-ni darmadağın edib
“Böhrandan çıxa biləcəyik”
  • Çempionlar liqası
  • 00:26 25.11.2026
“Böhrandan çıxa biləcəyik”