- Çempionlar liqası
- 02:21 25.11.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Almaniyanın “Leypsiq” klubu doğma meydanda Fransanın “Lans” komandasına qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Red Bull Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Almaniya təmsilçisi matçın əvvəlindən təşəbbüsü ələ alaraq qısa müddətdə iki top fərqi ilə önə keçib. David Raum 6-cı dəqiqədə standart vəziyyətdən sonra hesabı açıb. Cəmi üç dəqiqə sonra Antonio Nusa fərqi artırıb.
İkinci hissədə “Lans” hesab arasındakı fərqi azaltmağa nail olub. Matçın 58-ci dəqiqəsində Matye Yudol fərqlənərək komandasının ümidlərini artırıb.
Lakin əlavə olunmuş dəqiqələrdə Nusa ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 3:1. Beləliklə, “Leypsiq” Çempionlar Liqasında vacib üç xal qazanıb.