- Çempionlar liqası
- 02:21 25.11.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İspaniyanın “Betis” klubu səfərdə Bratislava “Slovan”ına qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Betis”in hər iki qolunu Kuço Ernandes vurub.
Hücumçu 43-cü dəqiqədə fərqlənərək komandasını hesabda önə keçirib. 57-ci dəqiqədə isə Ernandes dublunu rəsmiləşdirərək yekun hesabı müəyyənləşdirib – 2:0.
Beləliklə, “Betis” Çempionlar Liqasının əsas mərhələsində vacib üç xal qazanıb.