- Çempionlar liqası
- 02:21 25.11.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Portuqaliyanın “Portu” klubu səfərdə Niderlandın “Feyenoord” komandasını məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Rotterdamda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol artıq 2-ci dəqiqədə vurulub. Viktor Froyholdtun ötürməsini zərərsizləşdirməyə çalışan Usama Tarqallin topu öz qapısına göndərib.
Erkən qoldan sonra hesabı bərabərləşdirməyə çalışan “Feyenoord” hücumlarını intensivləşdirsə də, “Portu”nun etibarlı müdafiəsini yarmaq mümkün olmayıb.
Beləliklə, Portuqaliya təmsilçisi minimal hesablı qələbə ilə səfərdən üç xalla ayrılıb.