25 noyabr 2026. Çərşənbə

Martin Edeqor Çempionlar Liqasında mövsümün rekorduna imza atıb


Martin Edeqor Çempionlar Liqasında mövsümün rekorduna imza atıb

“Arsenal” klubunun yarımmüdafiəçisi Martin Edeqor Dortmund “Borussiya”sı ilə (1:1) qarşılaşmada diqqətçəkən oyun nümayiş etdirib.

90deqiqe.Az-ın “WhoScored”ə istinadən məlumatına görə, “topçular”ın kapitanı “arılar”la görüşdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmasa da, standart vəziyyətlər nəzərə alınmadan, açıq oyunda komanda yoldaşları üçün səkkiz qol imkanı yaradıb. Bu, Çempionlar Liqasının cari mövsümündə rekord göstəricidir.

“Arsenal”ın doğma meydanda keçirilən matçda yeganə qolunu 10-cu dəqiqədə Viktor Dyökeres vurub. Qonaqların cavab qoluna isə 55-ci dəqiqədə Maksimilian Bayer imza atıb.

Qeyd edək ki, “Arsenal” beş turdan sonra 11 xalla Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində beşinci pillədə qərarlaşıb.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib
“Real” PSV-ni darmadağın edib
  • Çempionlar liqası
  • 02:01 25.11.2026
“Real” PSV-ni darmadağın edib