- Çempionlar liqası
- 15:55 25.11.2026
UEFA Çempionlar Liqasının rəsmi sosial şəbəkə hesablarında bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması ilə bağlı diqqətçəkən paylaşım edilib.
90deqiqe.Az-ın məlumatına görə, paylaşılan fotoda Bakının simvollarından olan Alov qüllələri və Dənizkənarı Milli Parkda yerləşən attraksionlar əks olunub. Görüntüdə hər iki klubun loqosuna da yer verilib.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.